“Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu nəşr olunub

21.01.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Cavid ocağının istedadla nurlanmış övladı” adlı məqalələr toplusu çapdan çıxıb.
Nəşrin tərtibçisi və “Ön söz”ün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə işıq üzü görən “Cavid ocağının istedadla nurlanmış övladı” məqalələr toplusunda Hüseyn Cavidin istedadlı oğlunun çoxşaxəli irsi haqqında yazılmış məqalələr toplanmışdır. Kitabda yer alan məqalələrin 30 faizi fil.ü.e.d. Gülbəniz Babaxanlıya, qalan 70 faizi isə Ərtoğrol Cavid haqqında yazıb yaradan qələm sahiblərinə aiddir. Bu kitab multidissiplinar Ərtoğrolşünaslığın başlanğıcı hesab edilər bilər və bu yöndə aparılan gələcək tədqiqatlar üçün dəyərli mənbədir. Bu toplu “Ərtoğrol Cavidin ömür salnaməsi” nəşrlər silsiləsinin sonuncu nəşridir.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.