AMEA Hüseyn Cavidin Ev Muzeyində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd edilib

07.05.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyi münasibətilə sərgi təşkil edilib. Sərgidə Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əhatə edən fotolar, “Müstəqilliyimiz əbədidir” çoxcildliyi və başqa bir sıra dəyərli kitablar nümayiş olunub. Tədbirdə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə çıxışlar edilib.
Eyni zamanda muzeyin rəsmi saytında (www.huseyncavid.az) və facebook səhifəsində Ümummilli liderə həsr edilmiş video çarx yerləşdirilib.
Bu il muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı "Heydər Əliyev və Hüseyn Cavid" adlı monoqrafiyasını yenidən nəşrə hazırlayır. Monoqrafiyada dahi sənətkar Hüseyn Cavid irsinə Ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.