Muzeyin direktoru Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub

29.03.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyi koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı bir aylıq əməkhaqqının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Eyni zamanda, muzeyin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Bu müddət ərzində muzeydə iki dəfə dezinfeksiya işləri aparılıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.