“Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı”na həsr olunmuş tədbir keçirilib

25.02.2019

    2019-cu il fevral ayının 25-də Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı”na həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Xocalı sakinlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı öz çıxışını ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə davam etdirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. O, vurğuladı ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
AMEA Hüseyn Cavidin Ev Muzeyi də öz növbəsində dövlətimizin bu aksiyasına dəstək olaraq Xocalı faciəsinin unudulmaması məqsədilə bir sıra işlər görür, sərgilər təşkil edir. Anım tədbirində Xocalı faciəsinə həsr olunmuş slayd nümayiş etdirilib.
Tədbirdə Muzeyin elmi katibi İlahə Novruzova da çıxış edərək Xocalı soyqırımının dəhşətlərindən ürək ağrısı ilə söz açaraq 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin törətdiyi bu faciəni yer üzündə misli görünməmiş faciə olduğunu bildirdi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.