Şagirdlər Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə tanış olublar

15.02.2019

    Bakı şəhərinin Abşeron rayonu Məhəmmədli kənd orta məktəbinin 5 və 6-cı sinif şagirdləri AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər. Onlara Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Azərbaycan xalqının mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyət Hüseyn Cavidin və həyat və yaradıcılığı, o cümlədən cavidlər ailəsi haqqında dolğun informasiya verilib. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı məlumat verilib.
Sonda şagirdlər muzeydə xatirə şəkli çəkdiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.