Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim hazırlanıb

21.01.2019

    Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim hazırlanıb. Təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı öz əksini tapıb. Təqvimin ikinci səhifəsində Hüseyn Cavidin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Bundan əlavə, təqvimin hər bir səhifəsində Hüseyn Cavidin əsərlərindən parçalar təsvir olunub. Təqvim hər il ənənəvi olaraq hazırlanır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.