“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə yekun vurulub

25.12.2019

    Böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurasının tələbə və şagirdlər üçün hər il ənənəvi olaraq elan etdiyi “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə 25 dekabr 2019-cu il tarixində yekun vurulub. Müsabiqə çərçivəsində göndərilən qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndirilərək ilk 5 şagird finala şans qazanıb və finalçıların (Eminova Aytən - “Məzlumlar üçün”, Xancanova Şərəf “Sevinmə, gülmə quzum”, Xanəliyev Xəzər “İblis” əsərində İblislə Arifin dialoqundan İblis, Şahbazov Kənan isə Arif, Abbasov Qadir “Şeyx Sənan”) canlı ifası dinlənərək 3 nəfər qalib təyin edilib. Qaliblər kitablarla və 2020-ci il üçün yeni çap edilmiş təqvimlə mükafatlandırılıb.
    Bu formatda müsabiqələrin tez-tez təşkil edilməsində əsas məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə Hüseyn Cavid yaradıcılığını gənc nəslə öyrətməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.