AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tədbirdə çıxış ediblər

30.10.2019

    26.10.2019-ci il tarixdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə Üzeyir Hacıbəylinin ev muzeyində keçirilən “Yubileylər ili” adlı tədbirdə iştirak ediblər.
    Tədbir 2019-cu ildə yubileyləri keçirilən bəstəkarların – Asəf Zeynallının, Ərtoğrol Cavidin, Soltan Hacıbəyovun, İsmayıl Hacıbəyovun yaradıcılığına həsr olunub. Tədbirdə çıxış edən Hüseyn Cavidin Ev Muzeyinin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva erkən vəfat etmiş Azərbaycan bəstəkarı Ərtoğrol Cavidin yaradıcılığı haqqında tamaşaçılara müfəssəl məlumat verib. Tədbir iştirakçıları Ərtoğrol Cavidin “Səninlə olaydım” adlı əsərini dinləyiblər. Yubileyləri qeyd edilən bəstəkarlar haqqında çıxışlar, onların həyat və yaradıcılığı haqqında verilən məlumatlar hər kəsin marağına səbəb olub. Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəylinin ev muzeyinin ekspozisiya zalları ilə tanış olublar.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.