Turan Cavidin vəfatından 15 il ötür

13.09.2019

    Sentyabr ayının 12-si Hüseyn Cavidin sevimli qızı, Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin vəfatından 15 il ötür. Hər il olduğu kimi bu il də AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib və Turan Cavidin xatirəsi hörmətlə yad edilib. Muzeyin ekspozisiyasında Turan Cavidin həyat fəaliyyətini əks etdirən şəkillərindən ibarət slayd, ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş edilib. Anım tədbirində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları da iştirak ediblər. Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı öz cıxışında qeyd edib ki, Turan Cavid bütün ömrünü H.Cavid irsinin tədqiq və təbliğ edilməsinə sərf edib, H.Cavidin küliyyatının orjinal varianta qaytarılması üçün çoxşaxəli işlər görüb.
    G.Babaxanlı qonaqları sərgi ilə tanış edərkən layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür salnaməsi” kitabı haqqında da geniş məlumat verərək bildirib ki, bu kitabda Turan Cavidin çoxşaxəli fəaliyyətini əks etdirən əlyazmalar, müsahibə mətnləri, məktublar, avtoqraflar, bir sözlə bütün həyatı və yaradıcılığını əks etdirən fotolar və başqa sənədlər araşdırılaraq təqdim edilib.     Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.