Hüseyn Cavid yaradıcılığı Oman Sultanlğında tətqiq edilir

06.09.2019

    Oman Sultanlğının Sultan Qabus Universitetinin Ədəbiyyat və humanitar fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri Ehsan Sadiq Məhəmməd Əlləvati və onun azərbaycanlı doktorantı Rəşad Həsənov AMEA Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyasını ziyarət ediblər. Sultan Qabus Universitetinin doktorantı Rəşad Həsənovun doktorluq dissetrasiyası “Hüseyn Cavid və Xəlil Cübran yaradıcılığında qadın obrazlarının müqayisəsi” mövzusundadır.
    Hüseyn Cavidin Ev Muzeyinin arxivində olan materiallarla maraqlandıqlarını bildirən qonaqlara muzeyin direktoru fil.ü.e.d., əməkdar incəsənət xadimi Gülbəniz Babaxanlı Hüseyn Cavid haqqında ərəb dilli doktorluq işinin araşdırılmasına istənilən köməkliyi göstərməyə hazır olduğunu bildirib.
    Sonda qonaqlar muzeyin ekspozisiyasında xatirə şəkli çəkdirdilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.