Hüseyn Cavidin anadan olmasının 137 illiyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək

24.07.2019

    Bu il böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin anadan olmasının 137 ili tamam olur. Bu münasibətlə 24 oktyabr 2019-cu il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə dahi şairin anadan olmasının 137 illiyinə həsr olunmuş “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfrans Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunur. Bu istiqamətdə elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı - A4, Word redaktorunda;
- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12;
- Sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.
Telefon: (+994 12) 492 06 57


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.