AMEA Hüseyn Cavidin Ev Muzeyində “Beynəlxalq Muzeylər Günü” münasibətilə “Açıq qapı” günü keçirilib

20.05.2019

    Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. AMEA Hüseyn Cavidin Ev Muzeyində bu münasibətlə “Açıq qapı” günü elan edilib. Muzey əməkdaşlarının peşə bayramı günü muzeyə tamaşaçıların kütləvi ziyarəti başlayıb. Gün ərzində muzeyi 520 nəfər tamaşaçı ziyarət edib, onların əksəriyyəti məktəbli yeniyetmələr və tələbələr olub. Tamaşaçılara Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də cavidlər ailəsinin irsi və muzeyin ekspozisiyasında sərgilənən zəngin eksponatlar haqqında ətraflı məlumat verilib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.