AMEA Hüseyn Cavidin Ev Muzeyində “Sözləri Hüseyn Cavidindir” adlı not kitabı nəşr edilib

22.04.2019

    Bu günlərdə Hüseyn Cavidin Ev Muzeyində “Sözləri Hüseyn Cavidindir” adlı not kitabı nəşr edilib. Kitabın tərtibçisi fil.ü.e.d. Gülbəniz Babaxanlıdır. Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin yaradıcılıq nümunələri hər zaman tanınmış bəstəkarlarımızın müraciət ünvanı olmuş, ədibin dram əsərlərinə, ayrı-ayrı şeirlərinə bir çox musiqilər, romanslar bəstələnmiş, “Ana” mənzum dramına isə ayrıca opera həsr edilmişdir.
    Fikrət Əmirov, Cahangir Cahangirov, Oqtay Kazımi, Ramiz Mirişli və digər bəstəkarlarımız tərəfindən Hüseyn Cavidin “Şeyx Sənan”, “Xəyyam”, “Topal Teymur”, “Səyavuş” və b. əsərlərinin lirik nümunələri əsasında yaradılmış “Mənim tanrım”, “Niyə getdin”, “Çoban türküsü”, “Ellər ay ellər” adlı mahnılar hər zaman yüksək peşəkarlığı ilə seçilən sənətkarların ifasında səsləndirilmiş, dinləyicilərin böyük rəğbətini qazanmışdır.
    “Sözləri Hüseyn Cavidindir” adlı bu kitab da məhz bu cür melodiyaların, yəni görkəmli şairimizin sözlərinə bəstələnmiş musiqi əsərlərinin yazılı ifadəsi – not yazılarıdır. Belə bir toplu, not-kitabı ilk dəfədit ki, tərtib olunaraq nəşr olunur.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.