AMEA Hüseyn Cavidin Ev Muzeyində “Elm günü” qeyd edildi

28.03.2019

    27 mart Azərbaycanda ilk dəfə olaraq “Elm Günü” kimi qeyd edilir. Bu gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub. Bu tarix həm də ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir.
    Bu sərəncamdan irəli gələrək AMEA Hüseyn Cavidin Ev Muzeyində “Elm Günü”nə həsr edilmiş tədbir keçirilib. İlk öncə muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı elmi ictimaiyyət nümayəndələri ilə birlikdə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
    Daha sonra muzeydə “Açıq qapı” günü elan edilib və müxtəlif elmi və təhsil müəssisələrinin əməkdaşları muzeyi ziyarət ediblər. Gələn tamaşaçıları salamlayan Gülbəniz Babaxanlı onları bu əlamətdar gün münasibətiylə, elm sahəsində çalışan hər kəsi peşə bayramı münasibətiylə təbrik edərək bu ənənənin davam edəcəyini və elmə böyük diqqət ayrılmasının çox böyük nəticələr verəcəyindən əmin olduğunu söyləyib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.