Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Niderland Krallığıda ezamiyyətdə olub

05.03.2019

    AMEA Hüseyn Cavidin Muzeyinin əməkdaşı Cavidin irsinin təbliği məqsədilə Azərbaycan Respublikasının Niderland Krallığında ezamiyyətdə olub. Haaqa şəhərində yerləşən səfirlikdəki görüş zamanı əməkdaşımız səfirliyin ikinci katibi Selcan Verdiyeva ilə görüşüb.
Səfər çərçivəsində səfirlikdə kitab sərgisi təşkil edilib və sərgidə Hüseyn Cavidə həsr edilmiş AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası, Cavid Hikməti: seçmə aforizmlər (ingilis dilində) kitab nümayiş olunub və səfirliyə hədiyyə edilib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.