Hüseyn Cavidin Ev Muzeyinin Elmi katibi Bakı Dəniz Ticarət Limanına H.Cavidin heykəli haqqında müsahibə verdi

19.12.2018

    Xalqımızın milli şüurunun formalaşmasında, onun zəngin və şanlı tarixinin gələcək nəsillərə çatdırılmasında yazıçılarımızın, şairlərimizin rolu danılmazdır. Onlar, cəmiyyətimizin bütün inkişaf dövrlərində ən mütərəqqi, müasir, bəşəri dəyərləri özündə ehtiva edən əsərlərlə, xalqımızın mühüm nailiyyətlərini tərənnüm etmiş, ağır dövrlərdə isə haqsız təqiblərin qurbanları olmuşlar. Həmin dahi insanlardan biri də, bu il 135 yaşını qeyd edən Hüseyn Caviddir.
    Bakı Dəniz Ticarət Limanının korporativ sosial məsuliyyət proqramı çərçivəsində Hüseyn Cavidin Ev Muzeyində çəkiliş aparıldı və eyni zamanda Bakı şəhərinin eyni adlı parkında dahi ədibin şərəfinə ucaldılan heykəl kompleksinin də maraqlı tarixçəsi haqqında muzeyin Elmi katibi İlahə Novruzova çəkiliş qrupuna ətraflı məlumat verdi. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə yaradılan kompleksin inşasının maraqlı faktları ilə bağlı hazırlanan qısa video çarx sosial media vasitəsilə kütləvi izləyiciyə təqdim edildi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.