“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə yekun vuruldu

17.12.2018

    Böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurasının tələbə və şagirdlər üçün elan etdiyi “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə yekun vuruldu. Müsabiqə çərçivəsində göndərilən qiraət nümunələri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilərək ilk 5 şagird finala şans qazandı və 5 nəfər finalçının canlı ifası dinlənərək qaliblər təyin edildi. Qaliblər diplom və kitablarla mükafatlandırıldı.
    Belə müsabiqələrin tez-tez təşikl edilməsində əsas məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə H.Cavid yaradıcılığını gənc nəslə öyrətməkdir.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.