“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə böyük maraq var

21.11.2018

    Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası universitetlərlə, məktəblərlə, liseylərlə və digər təhsil ocaqları ilə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir. Bu istiqamətdə elmlə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə H.Cavid yaradıcılığını gənc nəslə öyrətməkdir. İstənilən orta məktəbin şagirdləri mövzu üzrə bədii qiraət nümunəsini müsabiqəyə təqdim edə bilər. Qiraət nümunələri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
    Bədii qiraət – mətni, şeiri səsləndirin (video görüntülü) və 2018-ci il oktyabrın 15-dən noyabrın 30-dək whatsapp (+99 455 866 22 25) ünvanımıza və ya huseinjavid@gmail.com elektron ünvanına göndərin. 2018-ci il dekabr ayında müsabiqənin yekun mərhələsi keçiriləcək, bəyənilən qiraət nümunələrinin müəlliflərinə məlumat veriləcək və Muzeyə dəvət olunaraq dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
    Artıq müsabiqənin yekunlaşmasına az vaxt qalıb. Marağı olanlar yuxarıda qeyd edilən əlaqə vasitələri ilə əlaqə saxlayıb material göndərə bilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.