Hüseyn Cavid irsinin tədqiqi, təbliği və tədrisi yeni mərhələdə

30.10.2018

    Bu günlərdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının müvafiq qərarı ilə “Hüseyn Cavid yaradıcılığının tədqiqi, təbliği və tədrisi məsələlərinə dair” adlı kitab nəşr olunub. Kitabda toplanan məqalələr Əzizağa Nəcəfzadə və Aynur Nəcəfovanındır. Toplunun ideya müəllifi və baş elmi məsləhətçisi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyə işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktoru və ön sözün müəllifi isə tanınmış cavidşünas Yusif Günaydındır. Qeyd edək ki, kitabda XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi, dahi şair və dramaturq Hüseyn Cavidin irsinin tədqiqi, orta və ali məktəblərdə tədrisi, həmçinin gənc nəslə tanıdılması və təbliği məsələlərinə dair məqalələr toplanmışdır. Düşünürük ki, bu toplu ədəbiyyatşünaslar, orta və ali məktəb müəllimləri, ümumən H.Cavid irsinin həvəskarları üçün maraqlı olacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.