Azərbaycan alimləri Türkiyənin Süleymaniyyə yazma əsərlər kitabxanası ilə yeni əməkdaşlığa imza atmışlar

29.10.2018

    Hal-hazırda AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı akademiyada həyata keçirilən “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin Tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyənin bir çox zəngin xəzinəyə malik kitabxanalarında elmi ezamiyyətdədir.
Layihə rəhbəri, akademik Teymur Kərimli digər layihə iştirakçısı Gülbəniz Babaxanlı ilə bərabər Türkiyənin Yazma Əsərlər Təşkilatının Süleymaniyyə Kitabxanasında saxlanılan zəngin əlyazmalarla tanış olmuşlar. Kitabxananın müdiri Menderes Velioğlu qonaqlara kitabxana haqqında, burada görülən mühüm işlər barədə məlumat vermişdir. Qeyd edək ki, Azərbaycan alimlərinə ezamiyyə müddətində Süleymaniyyə kitabxanasında təqdiqat aparmaq üçün tam şərait yaradılmışdır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.