“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri Hüseyn Cavidin Ev Muzeyində qonaq oldular

13.04.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində Milli Azərbaycan Tarix Muzeyi “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri ilə Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları arasında görüş təşkil olunmuşdur.
    “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində reallaşdırılan tədbirin məqsədi muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin muzey işi sahəsinə dərindən yiyələnmələrinə kömək etmək, müxtəlif istiqamətli muzeylərin iş üslubu ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
    Tədbir bitdikdən sonra layihə rəhbəri Sahibə Ələkbərova və gənc muzeyşünaslar muzeyin zəngin ekspozisiyası ilə tanış olublar. Ekspozisiya ilə yaxından tanış olan gəncmuzeyşünaslar Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablardan ibarət sərgiyə böyük maraq göstəriblər.
    Elmlə təhsilin qarşılıqlı əlaqəsi çərçivəsində mütəmadi olaraq keçirilən bu cür tədbirlərin məktəblilərin, tələbələrin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyəti vardır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.