Hüseyn Cavidin anadan olmasının 136-cı il dönümünə həsr olunmuş respublika elmi konfransı keçiriləcək

16.03.2018

    Bu il Azərbaycanın böyük şair və dramaturqu Hüseyn Cavidin anadan olmasının 136 ili tamam olur. Bu münasibətlə 24 oktyabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Konfrans Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunur. Bu istiqamətdə elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 31 iyul 2018-ci il tarixinədək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- kağızın formatı - A4, Word redaktorunda;
- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- həcmi - 5 səhifədən çox olmamalıdır;
- şrift - Times New Roman 12;
- sətirlərarası interval - 1,5;
- istinadlar - məruzənin sonunda (şrift - Times New Roman 10
- açar sözlər 8-12 sözdən ibarət olmalıdır.
- məruzənin sonunda xülasə ingilis dilində.

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 8.
Tel.: (+994 12) 492 06 57




© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.