Muzeydə növbəti açıq dərs XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri üçün keçirildi

01.03.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyi elmlə təhsilin inteqrasiyası sahəsində fəaliyyətini davam etdirir. Bu istiqamətdə növbəti açıq dərs XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 5-6-cı sinif şagirdləri üçün təşkil olunub.
    Açıq dərsdə Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Şagirdlərlə sual-cavab şəraitində keçirilən dərsdə məktəblilər fəal iştirak edərək verilən suallara operativ cavablar veriblər.
        Təhsil və elmin inteqrasiyasında fəal iştirak edən AMEA Hüseyn Cavidin Ev Muzeyində təşkil edilən bu cür tədbirlər şagirdlərin ədəbi dünyagörüşlərinin daha da zənginləşməsində, onların təhsil və tərbiyəsində, mənəvi-intellektual inkişafında mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, şagird və tələbələr üçün mütəmadi olaraq açıq dərslər təşkil edilməsi artıq ənənə halını almışdır.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.