Azərbaycanın istedadlı bəstəkarı Ərtoğrul Cavidin əziz xatirəsinə həsr olunmuş “Naxçıvan təranələri” toplusu nəşr olunub

20.02.2018

    2019-cu ildə Azərbaycanın istedadlı bəstəkarı, folklorşünası, rəssamı, şairi Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi tamam olur. Ərtoğrol Cavid Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin oğludur. İstedadlı bəstəkarın 100 illik yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi genişmiqyaslı hazırlıq işləri görür. Bu tədbirlər içərisində Ərtoğrol Cavidin musiqi əsərlərinin bir topluda nəşr edilməsi də nəzərdə tutulub.
    Görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun Naxçıvan şairlərinin şeirlərinə yazdığı mahnılar və romanslardan ibarət “Naxçıvan təranələri” toplusu mərhum bəstəkar Ərtoğrul Cavidin əziz xatirəsinə həsr olunub. Kitab Ərtoğrol Cavidin yubileyi münasibətilə ərsəyə gəlib. Xatırladaq ki, “Naxçıvan təranələri” kitabı bu günlərdə müəllif tərəfindən Muzeyə hədiyyə edilib.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.