HÜSEYN CAVİD


Hüseyn Cavidin külliyyatı Ahmet Hamdi Tanpınar Ədəbiyyat Muzey Kitabxanasında sərgilənəcək

12.01.2018

    2017-ci ilin dekabr ayında AMEA Hüseyn Cavidin Ev Muzeyinin və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşları Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Ahmet Hamdi Tanpınar Ədəbiyyat Muzey Kitabxanasında olmuşlar. AMEA Hüseyn Cavidin Ev Muzeyinin çapa hazırladığı böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin 5 cilddən ibarət külliyyatını, Azərbaycanca və ingilis dilində çap olunmuş seçmə aforizmlərini muzey-kitabxananın elmi fonduna hədiyyə etmişlər.
   Muzeyin kitabxana üzrə məsul işçisi Tuncay Doğan bildirmişdir ki, Hüseyn Cavidin əsərləri Ahmet Hamdi Tampınar Ədəbiyyat Muzey Kitabxanasının fondunu zənginləşdirəcək, İstanbul Universitetinin məzunları ekspozisiyasının nadir incilərindən birinə çevriləcəkdir və artıq 2018-ci ilin fevral-mart aylarından etibarən oxucuların istifadəsinə veriləcəkdir.
   Muzey rəsmisi ortaq mədəniyyətimizi təbliğ etmək üçün təmsil etdiyi qurumla Hüseyn Cavidin Ev Muzeyi arasında daha sıx əlaqələrin yaradılmasının faydalı ola biləcəyini söyləmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.