Hüseyn Cavidin Ev Muzeyi Məmməd Cəfərin “Hüseyn Cavid” adlı monoqrafiyasını yenidən nəşrə hazırlayıb

04.04.2016

    Kitab Hüseyn Cavidin ilk, mükəmməl tədqiqatçısı görkəmli tənqidçi-ədəbiyyatşünas, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyni adlı monoqrafiyasının latın qrafikası ilə Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tərəfindən hazırlanmış ilk nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan bu kitab, Hüseyn Cavid yaradıcılığına müraciət edən əksər tədqiqatçılar üçün etibarlı mənbədir. Kitabın latın qrafikası ilə nəşrinin ideya müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Tərtibçi və ön sözün müəllifi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
    AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının qərarı ilə nəşrə hazırlanmış kitabın elektron variantı ilə www.huseyncavid.com saytında tanış olmaq olar.

         Natiq Mürsəlov
         Məsul şəxs