Muzeyin direktoru görkəmli filoloq-alim Gülbəniz Babaxanlı “Şərəfli ömür yolu” fəxri diplomu ilə təltif edilmişdir

31.03.2016

    Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı Kütləvi İnformasiya Vasitələrinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “Şərəfli ömür yolu” fəxri diplomu ilə təltif edilmişdir.
    Gülbəniz Babaxanlıya mədəniyyət və incəsənət sahəsində göstərdiyi əvəzsiz əməyinə, ölkə prezidentinin apardığı daxili və xarici siyasəti dəstəklədiyinə, vətəndaş cəmiyyətinin formalaşmasında, bir mədəniyyət işçisi kimi uzun müddət səmərəli fəaliyyəti, ən əsası bir vətəndaş olaraq yaşadığı ərazidə və digər yerlərdə dövlət xidmətçisi kimi öz peşəsi ilə fərqlənən, KİV nümayəndələri ilə saxladığı dost, səmimi münasibəti nəzərə alınaraq layiq görüldüyü diplomu “Ulu Səs və Yeni Şans” ictimai siyasi qəzetinin redaksiya heyəti tərəfindən təqdim olunmuşdur.

Natiq Mürsəlov
Məsul şəxs