Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin AMEA Hüseyn Cavidin Ev Muzeyinə ziyarəti

24.04.2015

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət etmişdir. Onlara Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Azərbaycan xalqının mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyət Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən cavidlər ailəsi haqqında dolğun informasiya verilmişdir. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da tamaşaçılara ətraflı məlumat verilmişdir.
    Sonda tələbələr muzeydə xatirə şəkili çəkdirmişlər.