Rusiya və Ukraynadakı Azərbaycan diasporasının nümayəndələri
Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdi

31.11.2014

    Rusiya Federasiyasında və Ukrayna Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporasının nümayəndələri - Xarkov “Aynur Xatun” Qadınlar Cəmiyyətinin sədri Kifayət Cəfərova, Simferopol “Vətən” konqresi nəzdində fəaliyyət göstərən gənclər və qadınlarla iş üzrə departamentinin sədri Arifə Muxtarova və Stavropol “Odlar yurdu” Cəmiyyətinin Qadınlar Şurasının sədri Bəsti Mütəllimova AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdi. Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonaqlara Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığından məlumat verdi. Ekskursiya zamanı G.Babaxanlı muzeyin ekspozisiyasında nümayiş olunan dəyərli eksponatlarla yanaşı muzeyin nəşrləri haqqında geniş söhbət açdı. O, bildirdi ki, son 10 ildə muzeydə 40-dan çox kitab işıq üzü görüb. G.Babaxanlı qonaqları muzeyin yeni nəşrləri ilə tanış etdi və muzeyin əməkdaşları tərəfindən H.Cavid yaradıcılığından fransız dilinə tərcümə edilmiş “Məhəbbətdir ən böyük din” seçmə şeirlər kitabını və “Cavid hikməti-seçmə aforizmlər” kitabını hədiyyə etdi.
    Sonda qonaqlar muzeyin xatirə dəftərinə ürək sözlərini yazdı və birgə xatirə şəkli çəkildi.