AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 may "Açıq qapı" günü keçirilmişdir

17.05.2014

AMEA Hüseyn Cavidin Ev Muzeyində hər il olduğu kimi bu il də 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə "Açıq qapı" günü keçirilmişdir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) qərarı ilə bu il Beynəlxalq Muzeylər Günü "Muzey kolleksiyaları ünsiyyət yaradır" şüarı ilə keçirilmişdir. Bu münasibətlə Hüseyn Cavidin Ev Muzeyini gün ərzində 250-dən çox tamaşaçı ziyarət etmiş və onlara muzeyin bələdçiləri tərəfindən H.Cavidin həyat və yaradıclığı, eləcə də muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verilmişdir.