Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən AMEA Hüseyn Cavidin Ev Muzeyi bir sıra tədbirlər həyata keçirəcək

23.11.2017

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 24 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tədbirlər planına əsasən AMEA Hüseyn Cavidin Ev Muzeyinin nəzərdə tutduğu işlər:
   - Çoxcildli “Cavidşünaslıq” məqalələr toplusunun 50 cildinin çapa hazırlanması və nəşri
   - Məmməd Cəfər Cəfərovun “Hüseyn Cavid” monoqrafiyasının latın qrafikası ilə yenidən hazırlanması və nəşri
   - “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının II cildinin hazırlanması və nəşri
   - “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomunun hazırlanması və nəşri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.