Şagirdlər inşa müsabiqəsinə böyük maraq göstərir

24.04.2014

AMEA Hüseyn Cavidin Ev Muzeyini Bakı şəhər Nərimanov rayonu 207 saylı orta məktəbin 9-cu sinif şagirdləri sinif rəhbərləri ilə birgə ziyarət etmişdir. Sinif rəhbəri bildirmişdir ki, bu ziyarətin əsas məqsədi şagirdləri AMEA Hüseyn Cavidin Ev Muzeyinin elan etdiyi "Azərbaycan ədəbiyyatında Hüseyn Cavid mənzum dramın banisi kimi" inşa müsabiqəsinə hazırlamaqdan ibarətdir. Qeyd edək ki, şagirdlər bu müsabiqəyə böyük maraq göstərir və bu səbəbdən ekskursiya zamanı muzey bələdçisi tərəfindən şagirdlərə H.Cavidin əsərləri haqqında xüsusilə geniş məlumat verilmişdir. Sonda qonaqlar və muzeyin əməkdaşları birlikdə xatirə şəkli çəkdirmişdir.