İstanbul Azərbaycan Mədəniyyət Evinin nümayəndələri ilə növbəti görüş təşkil olundu

20.09.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyi İstanbul Azərbaycan Mədəniyyət Evi ilə sıx əməkdaşlıq edir. Bu birgə fəaliyyət nəticəsində Cavidlər irsinin Türkiyədə təbliği daha da sürətlənmişdir. Qeyd edək ki, bu istiqamətdə İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair Hikmət Elp Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablarının qardaş ölkədə təbliğində önəmli rol oynayır.
   Hüseyn Cavidin Ev Muzeyini tez-tez ziyarət edən İstanbul Azərbaycan Mədəniyyət Evinin nümayəndələri ilə növbəti görüş təşkil olundu. Hörmətli qonaqlarımız Muzeyin ekspozisiyası ilə yaxından tanış oldular. Ziyarət əsnasında onlara dahi dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Ədibin bəşəri ideyaları təbliğ edən əsərləri (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) haqqında fikir mübadiləsi aparıldı.
   Qonaqlara cavidlər ailəsi haqqında da dolğun məlumat verildi. Filosof-şairin istedadlı oğlu Ərtoğrol Cavidin aşıq yaradıcılığına dair araşdırmalarına böyük maraq göstərən türkiyəli qonaqlar Muzeyin XII cildlik “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid” kitabı ilə bağlı geniş informasiya aldılar.
   Sonda qonaqlarla xatirə şəkili çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.