İstanbul Azərbaycan Mədəniyyət Evinin nümayəndələri muzeyi ziyarət etdilər

03.07.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyi İstanbul Azərbaycan Mədəniyyət Evi ilə yaxından əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, Mədəniyyət Evinin rəhbəri şair Hikmet Elp Hüseyn Cavid irsini Türkiyədə geniş şəkildə təbliğ edir. Muzeyin nəşrlərinin Türkiyədə tanınması istiqamətində onun rolu böyükdür.
    Qeyd edək ki, İstanbul Azərbaycan Mədəniyyət Evinin nümayəndələri Hüseyn Cavidin Ev Muzeyini mütəmadi olaraq ziyarət edirlər. Belə ziyarətlərdən biri də iyulun 3-də baş tutdu. Gələn qonaqlara bəşəri ideyaları təbliğ edən Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verildi. Eksponatlarla yaxından tanış olduqdan sonra türkçülük ideyalarını əsərlərində yaşadan Cavid əfəndinin bədii yaradıcılığı haqqında fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.