Professor Ali Yavuz Akpınar və İbrahim Yıldırım AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdilər

09.06.2017

    Ege Universitetinin professoru, Dr. Ali Yavuz Akpınar və prof. Dr. İbrahim Yıldırım, akademik Teymur Kərimli AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı oldular. Muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı görüş zamanı qonaqlarla ümumbəşəri ideyaları təbliğ edən və türkçülüyün mühüm ədəbi-fəlsəfi irsini təşkil edən Cavid əfəndinin zəngin yaradıcılığı haqqında geniş fikir mübadiləsi apardı. İbrahim Yıldırım Hüseyn Cavidin həyatının İstanbul dövrü ilə bağlı indiyə qədər ictimaiyyətə məlum olmayan materialları, Ali Yavuz Akpınar isə Hüseyn Cavidin İstanbulda çap olunmuş ilk şeirinə yazılmış ilk rəyi göndərəcəyini bildirdi.
    Sonda Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı prof. Ali Yavuz Akpınar öz ürək sözlərini rəy kitabında qeyd etdi: “Hüseyn Cavid bey hakkıında zihnimden geçenleri, gönlümdeki hisleri yazmaya kalksam, zamanım yetmez. Cavid bütün Türk dünyasının emsalsiz bir şahsiyetidir. Ona minnettarız, onunla iftihar ediyoruz. Ruhu şad olsun”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.