AMEA Hüseyn Cavidin Ev Muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir

23.05.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Avropa Azərbaycan Məktəbinin 8-ci sinif şagirdləri üçün elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliğinə aid açıq dərs keçirildi. Şagirdlərə dahi dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığı barədə ətraflı məlumat verildi. Muzeyin eksponatları ilə tanış olan şagirdlər böyük şairin həyat və fəaliyyətini əks etdirən materiallarla yaxından tanış oldular.
    Sual-cavab şəklində keçirilən dərsdə məktəblilər fəal iştirak edərək, dahi şairin şeirlərindən parçalar səsləndirdilər. Sonda Hüseyn Cavid haqqında qısa film nümayiş edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.