May ayının 18-də AMEA Hüseyn Cavidin Ev Muzeyində Beynəlxalq Muzeylər günü münasibəti ilə "Açıq qapı" günü keçirildi

18.05.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Beynəlxalq Muzeylər Günü münasibəti ilə "Açıq qapı" günü elan olundu. Bu il “Muzeylərimizi yaxından tanıyaq” devizi ilə maarifləndirici ekskursiya təşkil edildi. “Açıq qapı” günü münasibəti ilə gün ərzində muzeyi, Bakı şəhərinin və paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərinin şagirdləri, müxtəlif ali məktəblərin tələbələri və müəllimləri, həmçinin digər qonaqlar ziyarət etdi. Tamaşaçılara muzeyin bələdçiləri tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən dəyərli eksponatlar haqqında ətraflı məlumat verildi. Ümumilikdə muzey 350-ə yaxın tamaşaçı qəbul etdi.
    Bu günün əsas məqsədi milli-mədəni irsimizin qorunması və təbliğindən ibarətdir. 18 May həm də muzey işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.