AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinə açıq dərs keçirildi

03.05.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 8-ci sinif şagirdlərinə növbəti açıq dərs keçirildi. Şagirdlərə Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan mənzum dramaturgiyamızın banisi, böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində xidmət göstərən muzeyin fəaliyyəti haqqında geniş məlumat verildi. Şagirdlərin ifasında Cavid əfəndinin bir neçə şeiri səsləndirildi. Dahi şairin yaşadığı dövr, həyatı, yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında məktəbliləri maraqlandıran suallar cavablandırıldı. Məktəblilərin dünyagörüşünün və bədii təfəkkürünün inkişafında xüsusi əhəmiyyətə malik olan bu açıq dərsə görə şagirdlər və onların ədəbiyyat müəllimi muzey əməkdaşlarına dərin minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr muzeyin ekspozisiyası ilə ətraflı tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.