Elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir

02.05.2017

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir. Bu çərçivədə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri muzeyi ziyarət etdilər. Tələbələrə muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən cavidlər ailəsi haqqında dolğun informasiya verildi. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da tələbələrə ətraflı məlumat verildi.
    Ekskursiyanın sonunda Muzeyi ziyarətdən son dərəcə məmnun qalan tələbələr öz təəssüratlarını rəy kitabında qeyd etdilər və xatirə şəkli çəkdirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.