London İsmaili Araşdırmalar Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yanis Eyşots və Qüds Hayta Universitetinin doktoru Roy Viloyzny AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

14.04.2017

    London İsmaili Araşdırmalar Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yanis Eyşots (Janis Esots) və Qüds Hayta Universitetinin (Haifa University) doktoru Roy Viloyzny AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. Qonaqlara dahi dramaturq və romantik şair Hüseyn Cavidin həyatı, ümumbəşəri yaradıcılığı haqqında ətraflı məlumat verildi. Muzeyin eksponatları ilə tanış olan qonaqlar böyük şairin həyat və fəaliyyətini əks etdirən materiallarla yaxından maraqlandılar. Görüş zamanı ümumbəşəri ideyaları, multikultural dəyərləri təbliğ edən görkəmli şair-dramaturq Hüseyn Cavidin yaşayıb yaratdığı dövr, həyat və yaradıcılığı barədə geniş fikir mübadiləsi aparıldı. Sonda rəy kitabına öz ürək sözlərini qeyd edən qonaqlar muzeydə olmaqdan, Hüseyn Cavidin həyat və yaradıcılığı ilə maraqla tanışlıqdan məmnun qaldıqlarını və qonaqpərvərliyimiz üçün minnətdarlıqlarını bildirdilər. Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı tərəfindən qonaqlara “Cavid hikməti: seçmə aforizmlər” (Azərbaycan və ingilis dillərində) və “Məhəbbətdir ən böyük din” (Azərbaycan və fransız dillərində) kitabları hədiyyə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.