Elmlə təhsilin inteqrasiyası prosesi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə
birlikdə “Hüseyn Cavid yaradıcılığı tələbələrin ifasında” mövzusunda tədbir keçirildi

04.04.2017

    Azərbaycan romantizm ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir. Bu istiqamətdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirak etdiyi “Hüseyn Cavid yaradıcılığı tələbələrin ifasında” mövzusunda tədbir keçirilib. Hüseyn Cavid irsinin təbliği sahəsində elmlə təhsilin inteqrasiyasını daha da gücləndirmək məqsədilə təşkil olunan tədbirdə Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tələbələrə romantik şair və dramaturq Hüseyn Cavidin həyatı, əbədiyaşar zəngin yaradıcılığı, dünya şöhrətli dramaturgiyası haqqında geniş məlumat verib. Tələbələrin ifasında Cavid əfəndinin bir neçə şeiri səsləndirilib, dram əsərlərindən səhnəciklər təşkil edilib, gənc aktyorların ifasında “İblis” pyesindən parçalar göstərilib. Sonda tələbələr muzeyin ekspozisiyası ilə ətraflı tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.