“Hüseyn Cavid yaradıcılığının gənclərin bədii zövqünün formalaşmasında rolu” mövzusunda tədbir keçirilib

02.02.2017

    2 fevral “Gənclər günü” ilə əlaqədar olaraq bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığının gənclərin bədii zövqünün formalaşmasında rolu” mövzusunda tədbir keçirilib. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açıq elan edərək muzeyin gənc qonaqlarını salamlayıb. Tədbirdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 1-ci kurs tələbələri iştirak ediblər. G.Babaxanlı qeyd edib ki, müstəqil dövlətimizin gələcək hərtərəfli inkişafına etibarlı təminat yaradan ölkə prezidenti, cənab ali baş komandan İlham Əliyevin də öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda təhsil, eləcə də savadlılıq yüksək səviyyədədir və bütün bunlar elmin inkişafı üçün əsas bazadır. O, bildirib ki, ölkəmizdə bu sahədə yaradılmış geniş və münbit şərait gənclərin gələcək inkişaflarına müsabət təsir edəcəkdir. Daha sonra görkəmli ədəbiyyatşünas-alim, fil.ü.e.d. G.Babaxanlı tələbələr üçün Hüseyn Cavid yaradıcılığının müxtəlif aspektlərini əhatə edən ətraflı mühazirə oxuyub və gənclərin suallarını cavablandırıb. Tədbirin sonunda tələbə gənclər muzeyin ekspozisiyası ilə ətraflı tanış olublar.

Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.