Məktəblilərə Hüseyn Cavid yaradıcılığı ilə bağlı açıq dərs keçirilib

27.12.2016

    Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində Nizami rayonunda yerləşən 328 №-li məktəbin 6a sinfinin şagirdləri üçün böyük dramaturq və filosof-şair Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş açıq dərs keçirilib. Əvvəlcə şagirdlər dahi mütəfəkkir Cavid əfəndinin şeirlərindən parçalar səsləndiriblər, kiçik səhnəcik təşkil ediblər və şairin sözlərinə bəstələnmiş musiqiləri tarda ifa ediblər. Sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı elmlə təhsilin qarşılıqlı əlaqəsi çərçivəsində muzeydə şagirdlərlə mütamadi keçirilən bu cür tədbirlərin məktəblilərin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyəti olduğunu qeyd edib. Fil.ü.e.d. G.Babaxanlı muzeyin nəşrlərindən 5 nüsxə kitabı şagirdlərin istifadəsi məqsədilə məktəbin kitabxanasına hədiyyə edib. Dərs zamanı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Məmmədova şagirdlərə zəngin irsi haqqında geniş məlumat verib. Sonda şagirdlər muzey ekspozisiyası ilə yaxından tanış olublar.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com