Hüseyn Cavidə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

02.12.2016

    AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə “Gənclik İstək Liseyi” birlikdə böyük filosof-şairimiz Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının təşəbbüsü və lisey rəhbərliyinin təşkilati dəstəyi ilə təşkil olunan tədbirdə dahi dramaturq və mütəfəkkir Hüseyn Cavidin və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində muzeyin fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verilib. Eyni zamanda Cavid əfəndinin həyat və yaradıcılığı barədə məktəblilərə ətraflı mühazirə oxunub və onları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə liseyin şagirdlər dramaturqun “Ana” və “İblis” əsərlərindən parçalar, müxtəlif şeirlər səsləndiriblər və şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər. Sonra muzeyin elmi katibi Natiq Mürsəlov böyük şair Hüseyn Cavidin əsərlərindən ibarət 5 adda 10 nüsxə kitabı liseyin kitabxanasına hədiyyə edib. Tədbirin sonunda xatirə şəkili çəkilib.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com