Ərtoğrol Cavidin “9 variasiya” adlı musiqi əsəri haqqında yeni kitab hazırlanır

24.11.2016

    Azərbaycanın nakam bəstəkarlarından biri, böyük mütəfəkkir, filosof-şair Hüseyn Cavidin oğlu, dahi Üzeyir Hacıbəylinin sevimli tələbəsi Ərtoğrol Cavidin fortepiano üçün bəsdələdiyi “9 variyasiya” əsəri haqqında monoqrafiya hazırlanır. AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının yaxından iştirakı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortopiano” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Adilə Mayılovanın rus dilində hazırladığı “9 вариаций Эртогрол Джавида посвященные Узеиру Гаджибейли” adlı kitab musiqişünaslar üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, gənc bəstəkar Ə.Cavid sevimli müəllimi Üzeyir bəyə həsr etdiyi bu variasiyanı 1942-ci ilin əvvəllərində tamamlamışdır. Onun əlyazması hazırda AMEA Hüseyn Cavidin Ev Muzeyinin fondunda mühafizə olunur. Bu əsər milli musiqi mədəniyyətimizin incilərindən biri sayılır. Kitabın hazırlanması çərçivəsində fil.ü.e.d. G.Babaxanlının tərtibçiliyi ilə hazırlanmış “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavidin yarımçıq qalmış əsərlərindən ibarət cildləri və Ə.Cavidin musiqilərindən ibarət disklər dosent A.Mayılovaya hədiyyə olunmuşdur.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com