VİRTUAL MUZEY

Hüseyn Cavidin Virtual Ev Muzeyinə xoş gəlmisiniz
Burada muzeyin eksponatlarını seyr etmək mümkündür. Hal hazırda siz "Cavidin faciəsi" (II otaq) otağının eksponatları ilə tanış olursunuz.

       

Otağın eksponatları

1. "Cavidin faciəsi" otağından ümumi görüntü.
2. Hüseyn Cavidin cənazəsinin Sibirdən Bakıya, buradan isə Naxçıvana aparılmasını əks etdirən fotolar; H.Cavid tutulan zaman çəkilmiş fasdan və profildən fotoları və əl izlərini əks etdirən sənəd.
3. H.Cavidin şəxsi əşyalarının qorunduğu vitrində Cavidə məxsus 2 pensne, H.Cavidin cib saatı və Sibirdəki məzarından götürülmüş bir ovuc torpaq.
4. H.Cavidin yazı masası. Üzərində yarımçıq əlyazmaları. Mürəkkəbqabı, qələmi, Cavidin bu otaqdan, bu evdən ayrıldığı son günün son işarələri.
5. "Azər düşünərkən". Hüseyn Cavidin ən son üzərində işlədiyi "Azər" poemasından bir parça.
6. Hüseyn Cavidin iki pensnesi və cib saatı.
7. Etajerdə Şəmsəddin Saminin "Qamusi – Türkü"sü, H.Cavidin şəxsi kitabxanasında bəzi kitablar, H.Cavid həbs edilən saatda dayandırılmış ailəyə məxsus divar saatı.
8. “Zordan üstün” tablosu (müəllif-Vaqif Ucatay), Ərtoğrolun çəkdiyi A.M.Şərifzadənin İblis obrazında təsviri, Ərtoğrolun ailəsinə, müəllimləri Üzeyir bəyə, Bülbülə göndərdiyi məktublardan parçalar və “İblis” pyesindən misralar.
9. Hüseyn Cavidin cinayət işi.
10. H.Cavidin büstü (müəllif - Ömər Eldarov).
11. Qara yazı” tablosu (rəssam - Oktay Sadıqzadə). Əsərdə 1937-ci il repressiya qurbanlarından Əhməd cavad (1112); Seyid Hüseyn (1286); İdris Axundzadə (2361); Pənah Qasımov; Mikayıl Müşfiq (1109); Abbasmirzə Şərifzadə; Y.V.Çəmənzəminli təsvir edilib. Tablonun alt hissəsində H.Cavidin “Şeyx Sənan” əsərindən misralar.
12. Cavidin evində axtarış aparılması haqqında protokol, Cavidin Sibirdən göndərdiyi məktublar – onun axırıncı yadigarları, 59 yaşında ölümü haqqında şəhadətnamə.
13. 1937-ci ildə Cavidə iftiralarla dolu yazılardan imzalı – imzasız kəsiklərin toplandığı kollajı əks etdirən lövhə.