HÜSEYN CAVİD


VİRTUAL MUZEY

Hüseyn Cavidin Virtual Ev Muzeyinə xoş gəlmisiniz
Burada muzeyin eksponatlarını seyr etmək mümkündür. Hal hazırda siz "Cavidin ömrü" (I otaq) otağının eksponatları ilə tanış olursunuz.

       

Otağın eksponatları

1. "Cavidin ömrü" otağından ümumi görüntü.
2. Cavidlər ailəsinə məxsus yemək masası.
3. Cavidlər ailəsinə məxsus sandıq və onun üzərində ailəyə məxsus əllə toxunmuş xalça.
4. H.Cavid əlyazmalarının bir qismi Cavidlər ailəsinə məxsus bu yemək masasının siyirmələri sayəsində xilas olub.
5. Cavidlərin 1923-36-cı illər arasında çəkilmiş fotoları.
6. H.Cavidin 20-ci illərdə H.Cavidin Teatr texnikumunun müəllim və tələbələri ilə çəkdirdiyi orijinal foto.
7. Hüseyn Cavidin əlyazmaları.
8. H.Cavidin azərbaycan dilində ərəb əlifbası ilə yazılmış dəftərləri.
9. H.Cavidin azərbaycan dilində həm ərəb, həm də latın əlifbası ilə yazdığı qeyd dəftərləri.
10. "Hüseyn Cavid" portreti, reproduksiya. (Müəllif Zivər bəy Əhmədbəyov, öz imzası ilə). Bakı 1922.
11. "Mişkinaz Cavid" süjetli əl xalçası (Müəllif xalçaçı-rəssam Afaq Kərimova).
12. Mişkinaz Cavidin mərmərdən büstü, 1997. Heykəltəraş Ömər Eldarov.
13. Mişkinaz Cavidin portreti, yağlı boya, 1992. Rəssam Oktay Sadıqzadə.
14. "Turan Cavid" süjetli əl xalçası (Müəllif xalçaçı-rəssam Afaq Kərimova).
15. Hüseyn Cavidin ilk müəllimlərinin fotolarının və ona aid olan sənədələrin yerləşdiyi guşə: Məmməd Tağı Sidqi, Şeyx Məhəmməd Rasizadə, Vəsiqə-Cavidin SSR-nin şəhər və kəndlərində yaşamasına aid, Bakı 1926; vəsiqə- Cavidin Berlin elmi ezamiyyətə və müalicəyə göndərilməsinə Aid, Bakı 1926; vəsiqə- № 1469, Cavidin yaşayış yeri haqqında, Naxçıvan 1911; Zaqafqaziya Şiyə Ruhani İdarəsinin Cavidə verdiyi ruhani rütbəsinə aid attestat, Tiflis-Kutais 1913; Hüseyn Cavidin şəxsiyyət vərəqəsi İstanbul Darülfünün ədəbiyyat şöbəsində oxumasına aid, İstanbul 1906; proqramm 1922-ci ildə Bakıdakı II dərəcəli 3-4 və 7-ci Azərbaycan məktəblərində keçirilən Hüseyn Cavid gecəsinin məramnaməsi, döş nişanı 1922.
16. Cavidlər ailəsinə məxsus masa və kreslo.
17. Mişkinaz Cavidin tikiş maşını.
18. Etajerin rəfində ailəyə məxsus "pioner" markalı radio, çıraq və H.Cavidin şəxsi kitabxanasından kitablar.
19. Masanın siyirməsində H.Cavidin əlyazmaları.
20. "Hüseyn Cavid və Heydər Əliyev" adlı batiko. Rəssam Afaq Kərimova.
21. Cavidlər ailəsinə məxsus geyim şkafı.