MÜKAFATLAR



2016-cı il oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə tərəfindən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıya Hüseyn Cavid irsinin araşdırılması və təbliğində, eləcə də ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətləri nəzərə alınaraq və 60 illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı təqdim edilib.



Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı Kütləvi İnformasiya Vasitələrinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, mədəniyyət və incəsənət sahəsində göstərdiyi əvəzsiz əməyi nəzərə alınaraq “Ulu Səs və Yeni Şans” ictimai siyasi qəzetinin redaksiya heyəti tərəfindən 2016-cı il mart ayının 31-də “Şərəfli ömür yolu” fəxri diplomu ilə təltif edilmişdir.



Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 03 noyabr 2015-ci il tarixli Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə verdiyi “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamına əsasən, Azərbaycan elminin inkişafında xidmətlərinə görə, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Babaxanlı Gülbəniz İbrahim qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.



2015-ci il may ayının 20-də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən ənənəvi NETTY - Milli İnternet Müsabiqəsinin “Mədəniyyət və İncəsənət” nominasiyasında AMEA Hüseyn Cavidin Ev Muzeyinin www.huseyncavid.az saytı ilin ən yaxşı veb resursu seçilmişdir.




AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının XXII təqdimetmə mərasimində Elm nominasiyası üzrə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə “Humay” Milli Mükafatı ilə təltif edilmişdir.