MUZEYİN NƏŞRLƏRİ / Konfrans materialları



“Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransının materialları

Bakı: 5 may 2023-cü il, 200 səh.
Təşkilat komitəsi: fil.e.d. Gülbəniz Babaxanlı, sənət.ü.f.d. Ülkər Talıbzadə, fil.ü.f.d. Validə Həsənova, sənət.ü.f.d., dosent Fəridə Quliyeva, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə
Koordinator: Lalə Əliyeva

Konfrans dünya şöhrətli siyasi xadim, Ümummilli lider, Azərbaycanda mədəniyyətin böyük hamisi, Respublikamızda ev, xatirə, mənzil və memorial muzeylərin yaradıcısı və təşəbbüskarı Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub və 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması çərçivəsində həyata keçirilib. Topluda Azərbaycanda, əsasən də Bakı şəhərində fəaliyyət göstərən görkəmli şəxslərin ev, xatirə, mənzil və memorial muzeylərinin yaradılması, fəaliyyəti və gələcək perspektivləri haqqında məruzələrin tam mətni toplanmışdır.




“Hüseyn Cavid sənəti: İdeallar və müasir dövr” mövzusunda beynəlxalq elmi-nəzəri konfransın materialları

Bakı, Elm və təhsil, 24 oktyabr 2022-ci il
Təşkilat komitəsi: akademik İsa Həbibbəyli, fil.e.d. Gülbəniz Babaxanlı, fil.ü.f.d. Validə Həsənova, fil.ü.f.d., dosent Aygün Bağırlı, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə, Lalə Əliyeva

Azərbaycan mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materiallarını əhatə edən bu topluda Azərbaycan, Türkiyə, Özbəkistan alimlərinin, doktorant və dissertantların Hüseyn Cavidin həyatı, yaradıcılığı və sənəti haqqında məruzələrinin tam mətni öz əksini tapıb. Məcmuədəki məruzələrin əksəriyyətində H.Cavid irsinə yeni yanaşma ifadə olunmuşdur.




Hüseyn Cavid əbədiyyəti" mövzusunda II respublika elmi konfransının materialları

Redaktor: Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Gabaxanlı.
Topluda görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat-yaradıcılığının öyrənilməsi və tədrisi, əsərlərinin tədqiq, nəşr, tərcümə və səhnələşdirmə tarixi, incəsənətdə Cavid obrazının əbədiləşdirilməsi, Cavid və cavidşünaslığın beynəlxalq aləmdə təbliği və s. haqqında aparılan araşdırmaların nəticələrini əhatə edən məruzələrin tam mətni dərc olunub.






“Azərbaycan Xalq Cümhuriyyəti dövründə romantik ədəbiyyat” respublika elmi konfransının materialları

Redaktorlar: fil.ü.e.d. Gülbəniz Babaxanlı
Sənət.ü.f.d: Ülkər Talıbzadə.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materiallarını əhatə edən topluda Azərbaycan alimlərinin, gənc tədqiqatçıların Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq və Üzeyir bəy Hacıbəylinin yaradıcılığı haqqında araşdırmalar nəşr olunmuşdur.


"Hüseyn Cavid əbədiyyəti" mövzusunda respublika elmi konfransının materialları

Redaktor: Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Gabaxanlı.
Topluda görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat-yaradıcılığının öyrənilməsi və tədrisi, əsərlərinin tədqiq, nəşr, tərcümə və səhnələşdirmə tarixi, incəsənətdə Cavid obrazının əbədiləşdirilməsi və s. haqqında aparılan tədqiqatların nəticələrini əhatə edən məruzələrin tam mətni dərc olunub.






“Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” (Respublika elmi konfransın materialları) (Hüseyn Cavid-133)

Redaksiya heyəti: Akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, fil.ü.e.d. Gülbəniz Babaxanlı.
Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin 133 illiyinə həsr edilmiş respublika elmi konfransının materiallarını əhatə edən topluda Azərbaycan alimlərinin, gənc tədqiqatçıların Hüseyn Cavid yaradıcılığı haqqında araşdırmaları nəşr olunmuşdur.







"Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" Beynəlxalq elmi konfransın materialları (Hüseyn Cavid-130)
22-24 oktyabr, Bakı, 2012, 346 s.
Redaksiya heyəti: Akademik Mahmud Kərimov, akademik İsa Həbibbəyli, AMEA-nın m.ü. Kamal Abdulla,
fil.ü.e.d. Gülbəniz Babaxanlı, AMEA-nın m.ü. Teymur Kərimli, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən Hüseyn Cavidin 130 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfransının materiallarını əhatə edən topluda Azərbaycan, Türkiyə, Amerika, Almaniya, Finlandiya, Krım, və Özbəkistan alimlərinin Cavid yaradıcılığı haqqında araşdırmaları nəşr olunmuşdur. Məruzələr seçilərkən Cavid irsinə yeni yanaşma bucağını əks etdirən materiallara üstünlük verilmişdir.



"Hüseyn Cavid irsi və müasir dövr" Beynəlxalq elmi konfransın materialları. Bakı, 2007

H.Cavidin 125 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfransının materiallarını əhatə edən topluya Azərbaycan, Türkiyə və İran alimlərinin Cavid irsi haqqında araşdırmaları daxil edilmişdir.